Nida.az
Tural Abbaslıdan siyahıya münasibət: “Mənim anam...”
Müsavat Partiyasının üzvü, “Ağ blok” hərəkatının təsisçisi Tural Abbaslı Müsavatın namizədlər siyahısında anası Başxanım Abbasovanın da adının olmasına münasibət bildirib.
Publika.az-a açıqlamasında T. Abbaslı bildirib ki,
anasının adının namizədlər siyahısında olması onun fikirlərini
dəyişdirmir: “Bu siyahı bəyan etdiyimiz kimi, Arif Hacılının
siyahısıdır və Müsavatın zəiflədiyini ortaya qoyur. Müsavat
Partiyasının 125 seçki dairəsindən cəmi 70-i üzrə namizədlər irəli
sürməsi, onların da 35-nin Bakını əhatə etməsi partiyanın nüfuzunun
hansı səviyyədə olduğunu nümayiş etdirir. Bütün dairələr üzrə
namizəd irəli sürə bilməməsi Müsavat Partiyası üçün müsbət hal
deyil.
Siyahıda kifayət qədər nüfuzlu şəxslər də var. Amma Müsavat Partiyasının rəhbərliyi tərəfindən incidilən, küsdürülən və ya tənqidi açıqlamalar verən şəxslər kənarda qalıb. Onlar bu gün Müsavat Partiyasının namizədlər siyahısında olmalı idi. Siyahıya baxdıqda görürük ki, Arif Hacılıya yaxınlığı ilə seçilən, ona sədaqətli olan və siyasətini dəstəkləyən şəxslər önə çəkilib. Açığı, siyahını təftiş etmək istəmirəm. Amma Müsavat Partiyasının nə qədər zəiflədiyini zaman göstərəcək”.
Onun sözlərinə görə, bəzi dairələrdən iki nəfərin namizədliyinin
irəli sürülməsi halı normal deyil.
“Misal üçün, Müsavat Partiyası 108 saylı Ağstafa seçki dairəsindən
iki nəfərin namizədliyini irəli sürməklə subardinasiya qaydasını
pozub. Mənim anam Başxanım Abbasova ötən seçkilərdə 108 saylı
Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüşdü və Müsavat
Partiyasının namizədlərindən çox səs toplamışdı. Eyni zamanda, anam
Müsavat Partiyası Divanının üzvüdür. Subardinasiya qaydasına görə,
Müsavat Partiyası birmənalı şəkildə Başxanım Abbasovanın
namizədliyini dəstəkləməli idi”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO