Nida.az
Anjey Kaspşik Bakıya gəlir
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son vaxtlar intensiv pozulması və itkilərin artması hallarından narahatdır.
Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib.
Ofisdən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bu həftə Azərbaycana səfər edəcək: “Səfir Anjey Kaspşik ATƏT-in Minsk Konfransına uyğun olaraq davamlı şəkildə mandatının funksiyalarını yerinə yetirmək üçün regiona səfər edir. O, Azərbaycana bu həftə reallaşdıracağı səfəri zamanı Bakıda görüşlər keçirəcək. Kaspşik həmçinin mütəmadi olaraq vəziyyəti monitorinq etmək üçün ön cəbhəni ziyarət edir. O, atəşkəs rejiminin pozulması və itkilərin artması hallarından narahatdır”.
Xatırladaq ki, sentyabrın 4-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinqdə iştirak edib. O, 5 sentyabrda Ermənistanda olub və Ermənistan prezidenti Serj Sarkisyan ilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR