Nida.az
BBC-dən ŞOK ARAŞDIRMA: Suriya erməniləri Qarabağda
BBC Suriyadan qaçqın düşən ermənilərin bir hissəsinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında məskunlaşdırıldığını yazıb.
APA-nın xəbərinə görə, məqalədə qeyd olunur
ki, Ermənistan minlərlə Suriya ermənisinə sığınacaq verib, BMT
Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, Suriya
münaqişəsi başlayandan 15 min suriyalı erməni Ermənistanda
köçüb.
Məqalədə münaqişədən əvvəl Suriyada yaşayan etnik ermənilərin
sayının 100 000 nəfər olduğu, onlardan 60 mininin Hələbdə yaşadığı
qeyd olunur: "Suriya qaçqınlarının Ermənistana axını 2012-ci ildə
başlayıb. Həmin vaxt 6,5 min qaçqın Ermənistana köçüb. 2013-cü ildə
isə bu rəqəm 11 min olub. 2015-ci ildə 15 minə çatıb".
Məqalədə Azərbaycanın ərazi bütövlüyü də şübhə altına alınaraq,
Dağlıq Qarabağ Ermənistan anklavı kimi təqdim edilib.
"Ermənistan şəhərlərində yerləşdirilməyən Suriya erməniləri
Ermənistanın Azərbaycanda olan mübahisəli Dağlıq Qarabağ anklavında
məskunlaşdırılıb", - deyə məqalədə qeyd olunur.
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb