Nida.az
“Qərb Qarabağa ikili standart tətbiq edir” – Avropadan şok etiraf
“Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda keçirilən
“seçkiləri” heç kəs tanımadı. Lakin bir çox halda Avropa Birliyi
Dağlıq Qarabağda ikili satandartların tətbiqinin tərəfdarı kimi
çıxış edir və bu, regionda sabitliyə zərbə vurur”.
Publika.az xəbər verir ki, bu barədə Qafqaz və
Xəzər Tədqiqatları üzrə Avropa İnstitutunun sədri Matias Donfeldt
deyib.
Onun sözlərinə görə, region əhalisinin iradəsini əks etdirməyən
bu “seçkidən” ümumiyyətlə danışmaq mənasızdır: “1994-cü ilin may
ayında əldə olunan atəşkəsə qədər Azərbaycan torpaqları və
azərbaycanlılar ermənilərin amansız hücumuna məruz qalıb evlərindən
qovulublar. Xocalıda uşaq və qadınlar da daxil olmaqla yüzlərlə
azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi faciədə Ermənistanın
indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. İndi də
işğal olunmuş ərazilərdə “seçki” keçirirlər. Lakin hətta erməni
diasporu pul qarşılığında xarici monitorinq qrupları təşkil etsə
belə, heç kəs bunu tanımır. Almaniya Federal Respublikası yaxın
günlərdə Xankəndindəki rejimi tanımadığını açıqladı. Bu, Berlinin
rəsmi mövqeyidir. Lakin bu cür siqnallar Brüsseldən nə vaxt
gələcək?”
M. Donfeldt qeyd edib ki, Qərb bu günə qədər Avropa
Birliyi-Ermənistan dialoqunda xalqların öz müqəddəratını təyin etmə
hüququnu vurğulayaraq, Dağlıq Qarabağla bağlı ikili standartlar
tətbiq edir.
“Keçmişdə Brüssel Azərbaycanın ərazi bütövlüyünü ürək ağrısı ilə
dəstəkləyirdi. İndi sual yaranır, Avropa bürokratları Ukrayna
böhranı fonunda nə vaxta qədər bu siyasəti davam etdirəcəklər? Əgər
Azərbaycan və Ukrayna ərazilərində separatçılarla bağlı yanaşma
dəyişməyəcəksə, onda “Şərq tərəfdaşlığı” proqramı başa
çatdırılmayacaq və Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məhv
olacaq”, - deyə avropalı siyasətçi bildirib.
Asif Nərimanlı
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu
-
Dünya14:34
Məşhur astroloqdan bütün bürclərə xəbərdarlıq: Həmin gündür!