Sabir Rüstəmxanlı geri çəkildi - deputat olmayacaq
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı geri çəkildi - deputat olmayacaq

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bu il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

S.Rüstəmxanlı "Report"a açıqlamasında bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak etməməklə bağlı qərar qəbul edib.

VHP sədri namizəd olmamağının səbəblərini açıqlamayıb.

S.Rüstəmxanlı 1946-ci ildə anadan olub. O, hələ SSRİ dövründə -1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1995-ci ildən - I çağırışdan Milli Məclisin üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm