Politoloq: “Sarkisyanın sözlərində terror elementləri var”
Bizi izləyin

Nida.az

Politoloq: “Sarkisyanın sözlərində terror elementləri var”

“Ermənilərin inadkar şəkildə Azərbaycan torpaqlarını azad etməkdən imtina etməsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları növbəti dəfə dalana dirəndi”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistan ərazisi elan etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təmas xəttində gərginliyin artması təəccüblü deyil: “Atışmalar artıq fasiləsiz olaraq sərt xarakter alıb. Tərəflər təkcə adi silahlarla kifayətlənmir, minaatanlar və artilleriya işə düşüb. İtkilər olur, təəssüf ki, mülki şəxslər də öldürülür. Həmçinin İrəvanın lovğalanmasına baxmayaraq, erməni hərbçilərinin verdikləri itkilər Azərbaycanla müqayisədə qat-qat çoxdur”.

Musabəyova görə, Ermənistan Rusiya qarşısında müstəqilliyini itirdiyi üçün Sarkisyan siyasi və hərbi zəifliyi şifahi təhdidlərlə kompensasiya edir: “O, açıq şəkildə hücum edəcəklərini dilə gətirir. Əslində Sarkisyanın məlum açıqlamaları Ermənistanın Azərbaycan qarşısında gücsüzlüyünü etiraf etməsidir. Həmişə olduğu kimi, onun sözlərində terror elementləri özünü büruzə verir. Lakin onun sözlərinə təəccüblənmək lazım deyil. Unutmaq lazım deyil ki, Sarkisyan hərbi cinayətkardır. Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandıran Sarkisyan öz çıxışında daha bir fitnəkar hücum etdi. Onun sözləri beynəlxalq hüququ qəbul etmədiyini göstərir. Əgər o, dediyi kimi açıq hücuma keçsə, danışıqlar prosesinin dalana dirənməsinin də məsuliyyətini öz üzərinə götürəcək. Digər tərəfdən, erməni hərbçilər Azərbaycan mövqelərinə hücum edəcəklərsə, özləri məhv olacaqlar”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm