Nida.az
Ermənilər təmas xəttindən qaçmağa hazırlaşır – Ağdərədən REPORTAJ
Azərbaycan ordusunun erməni hərbi birləşmələrinin
mövqelərini raket-artilleriya atəşinə tutmasından sonra təmas
xəttinə yaxın Ağdərə ərazisində qeyri-qanuni yerləşdirilən əhali
evlərini tərk edir.
Publika.az xəbər verir ki, “Kavkazskiy uzel”in
Azərbaycanın işğal edilmiş Ağdərə rayonunun Talış və Maqadis
kəndlərindən hazırladığı reportajda əhalinin qaçmağa hazırlaşdığı
qeyd olunur.
Əhali 24-25 sentyabr tarixlərində şiddətli atışmalara şahid
olduqlarını deyirlər. Lakin onlar etiraf edirlər ki, Azərbaycan
ordusu birbaşa kəndləri, mülki əhalini hədəfə almayıb. Buna görə də
kənd əhalisindən heç kim ölməyib.
Maqadis kəndinin icma rəhbəri Zaven Avanesyan bildirib: “Kəndi
hədəfə almırdılar, lakin mərmilər yaxınlıqda partlayır, kəndin
üzərindən uçub çaya düşürdü”.
Talış kənd sakini Nikolay Abelyan ailəsini kənddən çıxarmaq
niyyətində olduğunu bildirib.
“Hər kəsdə qorxu yaranıb və heç kim müharibənin olmasını
istəmir”, - deyə o bildirib.
Talış kənd icmasının rəhbəri Vilen Petrosyan isə qeyd edib ki,
indiyə qədər bu cür güclü atəş səsləri eşitməyiblər: “Qarabağ
müharibəsində indiyə qədər belə güclü atışma olmamışdı. Onların
hədəfi hərbi postlar idi. Kənd postlardan cəmi 3 kilometrlik
məsafədə yerləşir, istəsəydilər, asanlıqla evləri vura bilərdilər.
Kənddə böyük qorxu var və hər kəs evlərini tərk etmək istəyir. Mən
hökumətin qarşısında vəziyyət pisləşəcəyi təqdirdə qadın və
uşaqların çıxarılması üçün yol açılması məsələsini
qaldırmışam”.
Reportajda təmas xətti yaxınlığında qanunsuz şəkildə köçürülən
ermənilərin böyük qorxu içində olduğu və evlərini tərk etməyə
hazırlaşdıqları qeyd olunur.
Asif Nərimanlı
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO