Nida.az
BAXCP: İşğalçı ordunun canlı qüvvəsinə daha dağıdıcı zərbələr vurulmalıdır
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Publika.az-a daxil olan məlumata görə, iclasda
seçki kampaniyasının ilkin mərhələsi və partiyanın bu prosesdəki
iştirakı ilə bağlı müzakirələr aparılıb. BAXCP İdarə Heyətinin
müzakirəsinə çıxarılan digər məsələ cəbhə xəttində yaranmış
vəziyyət, ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayiş etdirdiyi
mövqe, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
görüşü ilə bağlı olub.
BAXCP İdarə Heyəti hesab edir ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara layiqli cavab verilməlidir: “Düşmənin təxribatlarına cavab olaraq endirilən zərbələrin sayı deyil, effektivliyi əsas götürülməli, işğalçı ordunun canlı qüvvəsinə daha dağıdıcı zərbələr endirilməlidir”.
BAXCP İdarə Heyəti cəbhə xəttində baş verən son hadisələrdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayiş etdirdiyi mövqeni də qətiyyətlə pisləyib: “Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsini sükutla izləyən həmsədrlərin yalnız işğalçı ordu itkilərə məruz qaldıqdan sonra aktivlik nümayiş etdirməsi onların gerçək simalarını nümayiş etdirir. Yaranmış vəziyyət sübuta yetirir ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün real addımlar atmalı olan həmsədrlər, mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar”.
ATƏT-in Minsk qrupunun fəaliyyətinin bütövlükdə işğalçı Ermənistanın mənafeyinə xidmət etdiyini önə çəkən BAXCP İdarə Heyəti hesab edir ki, işğalçı ordunun təxribatlarına daha sərt cavab verilməli və Azərbaycan torpaqları işğaldan azad edilməlidir.
Asif
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI