Nida.az
“Suriya məsələsində Qarabağ bazarlığı olacaqsa...” – Almaniyanın oyunu, yoxsa...
“Azərbaycanın hava məkanından Suriyaya çıxış Rusiya üçün vasitələrdən biri ola bilər. Lakin bundan əvvəl Rusiyanın Ermənistanda olan hərbi bazasından hərəkət etməsi daha məntiqli görünür”.
Bu barədə Publika.az-a açıqlamasında Qafqaz
Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli
politoloq Hasan Oktay deyib.
“Moskvanın Suriyaya çıxış üçün Azərbaycandan istifadə
etməsi vasitələrdən biri ola bilər”
Onun sözlərinə görə, Rusiya xüsusilə BMT-nin toplantısından sonra
Suriya məsələsində aktivləşəcək: “Obamanın çıxışında sülh və
diplomatiya vurğusu Yaxın Şərqdə müharibənin son üsul olacağı ilə
bağlı gözləntiləri ön plana çıxardı. Lakin Rusiya məsələni şansa
buraxmayaraq, Suriyada Əsədə qarşı qüvvələrə xüsusilə havadan zərbə
endirmək istəyir. Əsədin Suriyada iqtidarda qalmasını istəyən
Rusiya bunu təmin etmək üçün əlindəki bütün vasitələri dövriyyəyə
salacaq. Moskvanın Suriyaya çıxış üçün Azərbaycanın hava məkanından
istifadə etməsi də bu vasitələrdən biri ola bilər. Lakin Rusiyanın
öncə Ermənistandakı hava bazasından istifadə etməsi daha
məntiqlidir”.
Suriyaya çıxış əvəzinə 5 rayon: Almaniya mediasının Qarabağ
iddiası
Qeyd edək ki, Almaniyanın “Deutsche Welle” nəşri Rusiyanın Qarabağı
qaytarması əvəzində Suriyaya çıxış üçün Azərbaycanın hava
məkanından istifadə şərtini irəli sürdüyünü iddia edib.
“Ehtiyac yaranacağı təqdirdə, Rusiyanın hədəflərindən biri də
Azərbaycanın ərazisindən və hava məkanından Suriyaya tranzit yol
təmin eləməkdir. Kreml bacardıqca Azərbaycanın Avropa Birliyi ilə
mübahisəsindən yararlanmağa çalışır və Bakının onun nüfuz dairəsinə
qayıdacağına ümid edir. Qarabağ təklifi və sülh nizamlanması
planının qismən reallaşması bu işdə Rusiya üçün ideal vasitə
olardı. Çünki Moskva üçün Suriyada siyasi-hərbi gücünü qorumaq
vacibdir. O, bu gücü sığortalamaq üçün lazım olan hər şeyi edəcək.
Rusiya Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana
qaytarmaqla həm Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətmək,
həm də Suriyaya çıxış əldə etmək imkanı qazanmaq istəyir. Söhbət
Azərbaycanın işğal edilmiş rayonlarının azad edilməsindən gedir.
Ancaq hamısından yox – yalnız beşindən, o da tədricən. Yerdə qalan
iki rayonu isə İrəvan ciddi zəmanət almadan heç vaxt qaytarmaz,
çünki həmin rayonlar Ermənistanla Qarabağdakı separatçılar arasında
“körpü” rolunu oynayır. Bəs İrəvan qarşılığında nə alacaq? Birbaşa
və dolayı təzminatlar və Rusiyanın yeni hərbi zəmanətini”, - deyə
alman nəşrinin məqaləsində bildirilir.
“Suriya məsələsində Qarabağ bazarlıq mövzusu
olacaqsa...”
Hasan Oktayın fikrincə isə alman nəşrinin yazdıqlarının tətbiq
edilməsi çətindir: “Almaniyanın belə bir xəbəri yayması Azərbaycan
üçün, bəlkə də, romantik mənası ola bilər. Lakin bunun tətbiqi
çətin görünür. Əslində bu tip xəbərlərin Azərbaycanın Avropa ilə
münasibətlərinin gərginləşdiyi bir vaxtda peyda olması, Qərb
ictimaiyyətində Bakı haqda mənfi imic formalaşdırmaq məqsədinə
xidmət edə bilər. Azərbaycan da haqlı mübarizəsi olan Qarabağ
münaqişəsini bu cür xəbərlərlə düyünə çevirməməlidir. Qarabağ
münaqişəsi mütləq həll olunacaq, lakin buna Azərbaycan qərar
verəcək. Ya diplomatiya, ya da müharibə. Qarabağ münaqişəsinin
həllində də Rusiyanın birinci dərəcəli rol oynayacağını hər kəs
dilə gətirir. Bu günlərdə Moskvada Putin-Ərdoğan görüşündə
Türkiyənin Qarabağ məsələsinin müzakirəsini ön plana çıxarmağının
vacib olduğunu Azərbaycan mediasına müsahibəmizdə də demişdik.
Türkiyənin Qarabağı gündəmə gətirməsi başqa, alman mediasının
Suriya məsələsində Qarabağı gündəmə gətirməsi başqa. Almaniya əl
altından Azərbaycanın beynəlxalq etibarını zəiflətmək üçün belə bir
yolu seçib. Suriya məsələsində Qarabağ bazarlıq mövzusu olacaqsa,
Almaniya mediası işğal altındakı 5 və ya 7 rayon deyil, bütün
torpaqların işğaldan azad edilməsi məsələsini gündəmə
gətirməliydi”.
“Almaniya Azərbaycanın etibarını sarsıtmaq
istəyir”
Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
diplomatiyadan keçir.
“Almaniya mediasının bu xəbəri isə Azərbaycanı Avropa
ictimaiyyətində etibarsız ölkə kimi göstərmək məqsədinə xidmət
etdiyi ön plana çıxır”, - deyə politoloq vurğulayıb.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR