Nida.az
Azərbaycanda dövlət orqanlarının təsnifatında dəyişikliklər edilib
Azərbaycanda dövlət orqanlarının, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilib.
Publika.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.
“Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə, dövlət orqanlarının təsnifatı ilə bağlı siyahıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin adının da əlavə edilməsi nəzərdə tutulur.
Bundan əlavə, qanunun 11-ci maddəsinə edilməsi nəzərdə tutulan əlavələrə görə isə bundan sonra Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına, Ali Məhkəmənin Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarının bölmə rəhbəri vəzifələri inzibati vəzifələrin ikinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarındakı mütəxəssislər isə inzibati vəzifələrin üçüncü təsnifatına aid ediləcək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Vasif Həsənli
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO