Nida.az
Moskvadan rəsmi Qarabağ açıqlaması: “Tərəflər silahı yerə qoymalıdır”

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Rusiya diplomatiyasının diqqət mərkəzindədir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva münaqişə tərəflərini güc tətbiq
etməkdən imtina etməyə, silahı yerə qoymağa və güzəştlərə nail
olmaq üçün siyasi iradə göstərməyə çağırır: “Təəssüf ki, siyasi
dialoqun yenilənməsi ərəfəsində münaqişə zonasında vəziyyət
ağırlaşır, qurbanların sayı artır. Hesab edirik ki, sonrakı
eskalasiya sadəcə olaraq yolverilməzdir. Bu ilin aprel-may
aylarında Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada bu
məsələni müzakirə ediblər. Həmçinin Sergey Lavrov kolleqalarının
cari əlaqələrinin qurulmasına çalışır”.
M. Zaxarova qeyd edib ki, Rusiya Minsk qrupunun digər həmsədr
ölkələri - ABŞ və Fransa ilə sıx şəkildə işləyir: “Yaxın vaxtlarda
BMT Baş Assambleyasının Nyu-Yokrdakı iclasında həmsədrlərin
iştirakı ilə iki ölkənin xarici işlər nazirləri görüşdü və münaqişə
müzakirə mövzusu oldu”.
Asif Nərimanlı

-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız