Nida.az
Milli Şura ilə Müsavat bir-birinə girdi: “Siyasi cüzam xəstəliyi”
Milli Şura üzvləri ilə Müsavat Partiyası funksionerləri arasında qarşıdurma qızışıb.
Publika.az xəbər verir ki, buna səbəb Vətəndaş
Həmrəyliyi Partiyasının (VHP) Məclis sədri, Milli Şuranın üzvü
Rafiq Manaflının sosial şəbəkədə Müsavat başqanının sədrinin
müavinləri Səxavət Soltanlı, Elman Fəttah və partiya üzvü Valeh
Hümmətoğlunu tənqid etməsi olub.
R. Manaflı Publika.az-a açıqlamasında deyib ki, o,
sosial şəbəkədə Müsavat Partiyasını deyil, konkret şəxsləri tənqid
edib: “Mən parlament seçkilərində iştirakın əleyhinəyəm və seçkidə
iştirak edən partiyaları ümumi olaraq tənqid edirəm. Hər kəs bir
kənarda qalır, amma Elman Fəttah, Səxavət Soltanlı və Valeh
Hümmətoğlu düşür ortalığa”.
R. Manaflı qeyd edib ki, adıçəkilən şəxslərin, ümumiyyətlə,
müsavatçılığa aidiyyəti yoxdur: “Onlar qaragüruh qüvvələrdir və son
günlər aqressivləşiblər. Mübarizə məqsədə çatmaq üçün vasitələrdən
biridir. Əvvəl ağıl işlədib hədəfi dəqiqləşdirirsən, sonra baş
işlədib həmin hədəfə aparacaq strategiya müəyyənləşdirirsən və yola
çıxırsan. Yolun hansısa hissəsini keçmək mübarizə tələb edirsə,
mübarizə aparırsan. Amma bu insanlarınkı mübarizə deyil, heç
satılmaq da deyil. Onlarınkı hikkədir və bu, kindən, hiddətdən,
nifrətdən doğub. Bu, xəyanətə bərabər bir hikkədir”.
Müsavat Partiyasının adıçəkilən funksionerləri məsələyə ümumiyyətlə
münasibət bildirmək istəmədiklərini açıqlayıblar.
Milli Şura üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial
şəbəkələrdə R. Manaflını müdafiə edib.
“Rafiq Manaflı çox dəqiq və obyektiv qiymətləndirmə aparıb. Rafiq
bəy bu yazı ilə adamların siyasi cüzam xəstəliyinin diaqnozunu
qoyub. İndi özləri bilərlər, istəsələr müalicə olunarlar, istəsələr
də irinli qanın üfunətini yayaraq gəzib-dolaşarlar”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi