ABŞ səfiri telekanalın işinə niyə müdaxilə edib? - İDDİA
Bizi izləyin

Nida.az

ABŞ səfiri telekanalın işinə niyə müdaxilə edib? - İDDİA

ABŞ-ın Azərbaycandakı səfiri 11 sentyabr hadisələri ilə bağlı videosüjetin telekanalda yayımlanmasına imkan verməyib.


Publika.az xəbər verir ki, bu barədə hazırda Türkiyədə yaşayan, “Star” qəzetinin yazarı Sevil Nuriyeva “24 TV”-də yayımlanan “Qadınlar Məclisi” verilişinin sonuncu buraxılışında çıxışı zamanı deyib.


Ankara terroruna həsr olunmuş verilişdə çıxış edən S. Nuriyeva şahidi olduğu bir hadisədən danışıb: “11 sentyabr terrorunun ildönümlərindən birində diqqət çəkən hadisə yaşanmışdı. Azərbaycanın məşhur bəstəkarlarından biri 11 sentyabr terroru ilə bağlı Amerika xalqına dəstək üçün musiqi bəstələmişdi və telekanallarımızdan biri (hansı telekanal olduğunu açıqlamayıb – red.) bu musiqi əsasında süjet hazırlamışdı. Süjetdə həmin musiqinin fonunda hadisədən kadrlar göstərilirdi. Süjet yayım üçün hazırlanarkən ABŞ-ın Bakıdakı səfiri (səfirin adını açıqlamır – red.) birbaşa telekanalın ofisinə gələrək, yayıma imkan vermədi. Səfir bildirdi ki, Amerika insanını zəif və aciz göstərən görüntülərin yayımlanmasını istəmirlər. Süjetdə 11 sentyabrla bağlı görüntülərin silinməsini, əvəzinə dünyada baş vermiş başqa terror hadisələrinin görüntülərindən istifadə edilməsini istədi”.


Bu hadisənin konkret nə vaxt yaşandığı dəqiq bilinməsə də, ABŞ səfirinin telekanala gələrək bu cür davranmasını söz azadlığına müdaxilə hesab etmək mümkündür.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm