Nida.az
Ziyafət Əsgərov: "Dur" deməyin vaxtı çoxdan çatıb
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin son
"çıxışı" beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına
alır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisi
sədrinin 1-ci müavini Ziyafət Əsgərovun V.Jirinovskinin Azərbaycan
xalqının ünvanına söylədiklərinə münasibəti bildirərkən
deyib.
Z.Əsgərov bildirib ki, Jirinovskini siyasi təlxək adlandırmaq
vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma
elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla,
yaxanı kənara çəkmək düzgün olmazdı:
"Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla
siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin
münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı
faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir.
Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından
faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə "dur"
deməyin vaxtı çoxdan çatıb".
Onun sözlərinə görə, adi adamdan fərqli olaraq, siyasətlə məşğul
olan psixi xəstəliyə tutulursa, yaxud elə anadangəlmə dəlidirsə,
bunun çox təhlükəli fəsadlarının ola biləcəyinə şübhə edən
tapılarmı?
Z.Əsgərov deyib ki, V.Jirinovskiyə siyasi təlxək deyirlər:
"Fikrimizcə, "tərif" doğrudursa da, natamamdır, çünki o, həm də
xəstə siyasi təlxəkdir. Azərbaycanlı adlı xalqın əslində mövcud
olmadığını "kəşf" edən bu başa bəla "tarixçi - şərqşünas" Rusiya
Dövlət Dumasının tribunasından deyib: "Azərbaycan rus dilinə
tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer
deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca
xəzərlilər. Bu millət deyil axı. Bu nə deməkdir? Bu o deməkdir ki,
öz soykökünü gizlədən, atasının milliyyətini soruşduqda -
hüquqşünasdır - deyə cavab verən bu xəstə siyasi təlxək Jirinovski
böyük tarixi və mədəniyyəti olan xalqı təhqir etmişdir. Bu sarsağın
sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin
Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç
olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur".
Z.Əsgərov bildirib ki, belə bir fakta necə göz yummaq olar ki,
böyük elmi-mədəni və siyasi potensialı ilə dünyada tanınan
Rusiyada, onun paytaxtında siyasi elitanın, elmi-siyasi
ictimaiyyətin gözləri qarşısında bu ağıldan kəm zavallı Azərbaycan
xalqının soykökü ilə bağlı sərsəmləmə ilə çıxış edir?!:
"Artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir. Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi dairələrində, elə bizdə də bəzən deyirlər ki, Jirinovskinin fikirləri "dəli sayıqlamalarıdır, Rusiyanın mövqeyini ifadə etmir, əhəmiyyət vermək lazım deyil və s". Amma bu da gerçəklikdir ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan "ritorikası"nın qarşısı alınmır".
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO