Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş keçirilib
Bizi izləyin

Nida.az

Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş keçirilib

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Azneft” meydanından Dövlət Bayrağı Meydanına qədər yürüş keçirib.

Publika.az xəbər verir ki, yürüşdə təhsil nazirliyinin nümayəndələri, universitet rektorları, tələbələr, ziyalılar, millət vəkilləri və şagirdlər iştirak ediblər.

Yürüş Azərbaycan dövlət himni ilə başlayıb.

Daha sonra təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edib. O, bu yürüşün ikinci dəfə təşkil edildiyini bildirib: “Hesab edirəm ki, dövlət rəmzlərinə hörmət və ehtiram artır. Dövlət Bayrağı gününün belə möhtəşəm qeyd olunması dövlətçiliyimiz üçün önəmli hadisədir. Bütün Azərbaycan vətəndaşlarının bir bayraq altında birləşməsi vətənpərvərlik ruhunun təbliğ olunmasında önəmli rol oynayır. Ölkəmizin varlığının təcəssümü olan dövlət bayrağı hər bir azərbaycanlının qürur yeridir. Azərbaycan Cümhuriyyətinin yadigarı olan bayraq bizim azadlıq məfkurəmizə, milli dəyərlər və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan bayrağının rənglərinin sıralaması ilə təhsil sistemi arasında bir əlaqə var. Hesab edirəm ki, dövlət bayrağının rəmzlərinin gənclərə öyrədilməsi son dərəcə vacibdir”.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov Dövlət Bayrağı gününün Azərbaycan tarixində önəmli hadisə olduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan bayrağı minlərlə insanın ziyarətgahına çevrilib: “Bu dövlət bayrağına olan ehtiramın göstəricisidir”.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva çıxışında deyib ki, tədbir gənclərin bayrağa sevgi və məhəbbət hissini aşılayır. O, ildən-ilə bu tədbirlərdə iştirak edən gənclərin sayının atdığını müşahidə etdiyini vurğulayıb.

Yürüşdə iştirak edən minlərlə insan tədbirin sonunda Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm