Prezident müstəqillik dövrünə aid elmi əsər yazılmasını tövsiyə etdi
Bizi izləyin

Nida.az

Prezident müstəqillik dövrünə aid elmi əsər yazılmasını tövsiyə etdi

İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir.

Bu əsərlərin faktlar, həqiqətlər üzərində yaradıldığını vurğulayan Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında qeyd edib ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaratmağın vaxtı gəlib çatıb.

Prezident deyib: “Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm