Nida.az
Rusiya bu azərbaycanlını İnterpola verdi: “Dərhal həbs olunsun”
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş
İnformasiya-Analitik Mərkəzi və Federal Təhlükəsizlik Xidməti (
FSB) Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri,
Gürcüstan, Mərakeş Krallığı və Malta vətəndaşlığı olan, Ukrayna
Boqun polkunun polkovnik-leytenantı Daşqın Gülməmmədov haqqında MDB
məkanı üzrə qırmızı bülletenlə dövlətlərarası axtarış elan
edib.
Publika.az xəbər verir ki, bu barədə İnterpolun
Ukrayna Milli Mərkəzi Bürosunun rəisi, general-mayor Vasili Nevolya
məlumat verib.
D. Gülməmmədov milli ayrı-seçkilik salmaqda və irqçilikdə
günahlandırılır. Bu gün Moskva vaxtı ilə saat 09.00-dan etibarən
Rusiya DİN-nin D. Gülməmmədov haqqında elan etdiyi dövlətlərarası
axtarış barədə informasiya, Moskva Basmannıy Rayonu Dairə
Məhkəməsinin qətnaməsi və RF Federal Təhlükəsizlik Xidməti
Kollegiyasının qərarı Rusiya, Qazaxıstan, Ermənistan, Belorus,
Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Gürcüstan,
həmçinin MDB-dən kənar İsveçrə Konfederasiyası, Birləşmiş Ərəb
Əmirlikləri, İordaniya, Misir, Rumıniya, Macarıstan, İspaniya,
İran, Fransa, Kanada, Çin, Şimali Koreya, Suriya, Mərakeş və
Maltanın DİN, xüsusi xidmət qurumlarının və Sərhəd Xidmətlərinin
məlumat bazasına yerləşdirilib. Rusiya DİN Daşqın Gülməmmədovun
dərhal həbs edilməsi şərtini qoyub.
Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının (QQTK) rəhbəri
Elmar Həsənov Publika.az-a açıqlamasında məlumatı
təsdiq edib.
Onun sözlərinə görə, informasiya dəqiqdir və hazırda qabaqlayıcı
tədbirlərin, o cümlədən beynəlxalq təşkilatların məsələyə reaksiya
verməsi ilə məşğuldurlar: “Daşqın Gülməmmədovun Rusiya DİN
tərəfindən dövlətlərarası axtarışa verilməsi onun Ukraynadakı
fəaliyyəti, Ukraynanın ərazi bütövlüyü uğrunda fəal çıxışları və
Krım tatarlarının hüquqlarının müdafiə etməsi ilə
bağlıdır”.
E. Həsənov bildirib ki, bunun olacağını öncədən gözləyirmişlər:
“Məsələnin diplomatik yolla və şəxsi kanallar vasitəsi ilə aradan
qaldırılması istiqamətində iş aparırıq”.
Asif Nərimanlı
-
Magazin220:36
Sibel Cana ağır itki - FOTO
-
Sosial20:00
Vüqar Musayev vəzifəsindən AZAD EDİLDİ
-
MDB19:36
Dörd yaşlı qızına təcavüz edən ata 14 İL HƏBS EDİLDİ
-
Magazin218:50
Məşhur opera müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin118:30
Flora Kərimovaya nə olub?
-
Dünya17:22
Ərdoğan “TOGG”, Japarov isə görün nə hədiyyə etdi - FOTO
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO