Nida.az
Türkiyənin baş kəşfiyyatçısı ilə Fətullah Gülən arasında GİZLİ MÜZAKİRƏ
Fətullah Gülənin media qrupuna daxil olan "Samanyolu" telekanalının rəhbəri Hidayət Karaca Milli İstihbarahat Təşkilatının rəhbəri Hakan Fidanın Pensilvaniyadakı malikanədə Gülənlə təmas qurduğu iddiasının ortaya atıb.
İddialara görə MİT şefi F. Gülənlə görüşmək üçün ABŞ-a gedib və
görüşdə ona bəzi xəbərdarlıqlar edib.
Publika.Az türk mediasına istinadən xəbər verir
ki, Fidan Gülənə dövlət içində “paralel şəbəkəni” xatırladaraq
“dövlətin kodları ilə oynama” xəbərdarlığını edib və bildirib ki,
hüquqa ziddi hərəkətlərdən hər kəs ziyan görəcək.
“Dövlətin içində qalacaqsanız dövlət ənənələrini tapdamayın,
hüquqdan kənara çıxmayın, kiçik bir zümrənin maraqları üçün
dövlətin kodları ilə oynamayın. Bu hər kəsə zərər verər”-deyən MİT
şefi camaatın əvvəlki halına dönməsini istəyib.
O bildirib ki, camaat qruplaşmaya çevrilib: “Camaat olun, təşkilat olmaqdan vaz keçin. Türkiyədə din və dövlət işləri normal vəziyyətə salındıqdan sonra dövlət içindəki tutduğunuz mövqelərinizi buraxmalısınız. Dövlətə şərik ola bilməzsiniz. Daha qanuni fəaliyyətə keçin, xeyir işlərlə məşğul olun. Artıq qaydalar dəyişdi. Belə davam etsəniz fəlakətə sürüklənəcəksiniz”.
Məlumata görə, H. Fidan Gülənlə ona bağlı şəbəkənin həyata keçirdiyi bəzi əməliyyatlar və sayı yüz minlərlə olan qanundan kənar dinləmələr müzakirə olunub.Bu görüşü ictimaiyyətə ilk dəfə "Samanyolu" telekanalının rəhbəri Hidayət Karaca açıqlayıb.
“Siyasi çevrələrdə hörmətli Fidanın Xocaəfəndini ziyarət etdiyi danışılırdı. Yaxşı siz hansı səbəblə Xocaəfəndi ilə görüşdünüz? 16 mayda geniş bir dosye verdin, sonradan gedib Xocaəfəndi ilə görüşdün. Hakan Fidandan soruşmaq lazımdır, nə üçün Xocaəfəndini ziyarət etdin. Bu necə bir işdir”-deyə o bildirib. Amma görüşlə bağlı danışmayıb, “bunu Hakan Fidandan soruşun” deyib.
Görüşdə Gülənin Fidana hansı formada cavab verdiyi çox maraqlı
olsa da, məlum deyil.
Asif
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI