Nida.az
Kamal Abdulla dövlət müşaviri kimi görəcəyi işlərdən danışdı
Prezidentin qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvəmizi sərf edəcəyik. Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla deyib.
Dövlət müşaviri özü üçün əsas olacaq prioritetləri açıqlayaraq həmin istiqamətlərdə fəaliyyət göstərəcəyini qeyd edib: "Fəaliyyətimin əsas prioritet istiqamətləri cənab Prezidentin sərəncamında da öz əksini tapıb. Bu, millətlərarası münasibətlər, multikulturalizm və dini inam məsələləridir. Allah qoysa, Prezidentin tapşırıqlarını yerinə yetirmək üçün bu istiqamətdə çalışacaq və nə qüvvəmiz varsa, sərf edəcəyik".
Qeyd edək ki, Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı müvafiq sərəncamlara əsasən Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO