Nida.az
NATO institutunun rəhbəri: “Əgər bir təyyarə vurulursa...”
“Putin yaxşı bilir ki, əgər bir təyyarə vurulubsa, bu
onun özü və Rusiya üçün dərdin siyasi mesajdır”.
Publika.az xəbər verir ki, bu barədə NATO
Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.
Onun sözlərinə görə, Türkiyə son iki həftədə Rusiya qırıcılarının
onun hava məkanını dəfələrlə pozduğunu bildirirdi: “Türkiyə
tərəfinin bütün çağırışlarına baxmayaraq, Rusiya dövləti sanki bu
məsələlərə əhəmiyyətsiz yanaşdı və bütün çağırışları nəzərə almadı,
əksinə bu təcavüz siyasətini olduğu kimi davam etdirdi. Antalyada
baş tutan G20 dövlətlərin sammitində Ərdoğan sonuncu dəfə Putinə öz
narahatlığını ifadə etdi və hətta məndə olan məlumata görə, Obama
da Putinlə görüşündə bu məsələdən narahat olduqlarını, Türkiyənin
NATO ölkəsi olduğunu nəzərə almasını Putinin diqqətinə çatdırmışdı.
Bütün bunlara baxmayaraq Putin və rəsmi Kreml bu kimi hallara ciddi
yanaşmadı”.
F. Məmmədov qeyd edib ki, əldə etdikləri məlumata görə, rus
təyyarələri bir gün öncə Türkiyə vaxtı ilə gecə 3-4 radələrində üç
dəfə Türkiyə hava məkanını pozaraq təxribatçı manevrlər ediblər:
“Görünən odur ki, Ərdoğan başda Amerika olmaqla NATO-nun yüksək
çinli rəsmiləri ilə apardıqları danışıqlardan sonra, bir daha belə
hal baş verəcəyi halda təyyarənin vurulmasını məqbul sayıblar.
Əslində təyyarəni təkcə Türkiyə deyil Amerika, NATO və Avropa
vurmuş sayılır. Putinin qəzəbi də məhz budur. Putin yaxşı bilir ki,
əgər bir təyyarə vurulubsa, bu Putin və Rusiya üçün dərin siyasi
mesajdır. Putin unudur ki, Türkiyənin güclü radar sistemi
mövcuddur. Təkcə İncirlik kifayət edir ki istənilən anda istənilən
təyyarəni vurmaq mümkün olsun”.
İnstitut rəhbəri əlavə edib ki, bu təyyarənin vurulması təkcə
Türkiyənin qərarı deyil.
“Bu hərbi qərardan daha çox siyasi qərardır. Əgər Putin bu
məsələnin çox üstünə getməməyi məqbul sayarsa, o zaman münasibətlər
soyuq olsa da davam edəcək. Aradakı soyuqluq isə müəyyən vaxt
çərcivəsində aradan qalxacaq. Yox, əgər Putin yenidən bu
hərəkətləri davam etdirərsə, iş o yerə gələ bilər ki, Türkiyə
diplomatik missiyanı və səfiri geri çağırmalı olar. Rusiya bütün
bunları bilir. Bu gün Rusiyanın Qara dənizdə və Aralıq dənizində
Türkiyəyə ehtiyacı var. Ona görə də çalışacaq ki məsələni çox
böyütməsin. Lakin Putin daxili auditoriyanı da sakitləşdirmək üçün
bir neçə manevr edəcək”, - deyə o bildirib.
Asif
-
Magazin121:12
Nəzrinin bal ayı belə geçir - FOTO
-
Hadisə21:00
Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: 4-cü kurs tələbəsi...
-
Səhiyyə20:12
Arıqlamaq üçün İNQİLABİ DƏRMAN - Oral forması da sınaqdan keçirildi
-
Magazin219:40
Məşhur serial ulduzu 59 yaşında vəfat etdi - FOTO
-
Sosial19:24
Qadınların şəklini çəkib "TikTok"da yayan şəxs SAXLANILDI - FOTO
-
Sosial19:00
Kəmaləddin Heydərov bu xanıma VƏZİFƏ VERDİ - FOTO
-
ABŞ17:46
Tramp prezident olsa, Maskı müşavir edəcək - İDDİA
-
Dünya16:51
Zelenski ABŞ-a yaxın olan məmurları qovdu: Kiyevdə nə baş verir?