Spiker: “Dekabrın 31-də əfv olacaq”
Bizi izləyin

Nida.az

Spiker: “Dekabrın 31-də əfv olacaq”

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası işə başlayıb.

Publika.az-ın məlumatına görə, iclasda iştirak edən millət vəkilləri gündəlikdə duran 40 məsələni müzakirə edib.

Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələləri müzakirə etməyə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov ilk olaraq ABŞ Konqresinin Helsinki Komissiyasının üzvü, Respublikaçı konqresmen Kris Smitin təqdim etdiyi layihə haqqında danışıb. Spiker qeyd edib ki, ABŞ Konqresində Azərbaycanın dostları, konstruktiv deputatları var: “Məlum layihə Konqresdən keçməyəcək. Azərbaycanda insan hüquqlarına dair müsbət addımlar atılır. Bir sıra şəxslər azad edilib, dekabrın 31-də əfv olacaq. Belə layihələri ortaya qoymaqla demək istəyirlər ki, guya onların addımı təsir etdi. Mən xahiş edirəm ki, Amerika səfirinə deyin bir açıqlama versin. Görək bu Amerikanın dövlətinin mövqeyidir, yoxsa hansısa bir konqresmenin fikirləridir. Bizdə mətbuat belə məsələləri şok kimi təqdim edir. Məncə, buna ehtiyac yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm