Nida.az
Ərdoğan İstanbul mitinqində Qarabağdan danışdı - Foto, Video
Türkiyədə hakim partiyanın Yenikapıda təşkil etdiyi "Yenidən Milli İradə Mitinqi" tarixə düşüb.ANS PRESS-in xəbərinə görə, Türkiyənin Ədalət və inkişaf Partiyası (AKP) İstanbulun Yenikapı Meydanında 2 milyona yaxın insanın iştirakı ilə mitinq keçirib.
Mitinqdə alovlu çıxışlar edən Ərdoğan 250 min kvadrat metrlik
sahədə baş tutan mitinqə 2 milyon adamın gəldiyini bildirib.
Gündəmlə bağlı açıqlamalar verən Ərdoğanın çıxışı canlı olaraq
yayımlanıb. Sözügedən çıxışda İstanbulu salamlayan nazir
Azərbaycanda da izləndiyini dilə gətirib:
"İstanbul, sizə bütün Türkiyənin salamlarını gətirmişəm. İstanbulun
bütün qardaş şəhərlərini salamlayıram. Buradan İslamabadı, Bakını
salamlayıram. Burdan Mosulu, Kərkükü, Şamı, Beyrutu salamlayıram.
Qəzzanı, Fələstini salamlayıram. Bu gün bütün dünya İstanbulu, sizi
izləyir. Bu gün dünyanın bütün məzlumları, kasıbları sizi izləyir.
Qahirədə səsləri oğurlanmış qardaşlarım sizi izləyir. Şamda üzərinə
bombalar yağan, ciyəri yanmış analar sizi izləyir. Bağdaddakı
könüllər İstanbulu izləyir. Qarabağda torpaqları tapdalanmış
qardaşlarımız sizi izləyir."
Qeyd edək ki, 2 milyon nəfərin iştirak etdiyi mitinqdə
azərbaycanlılar da olub və onlar Azərbaycan bayrağını
dalğalandırıblar.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO