Nida.az
“Qara Tofiq” İsa Qəmbərin adı hallanan 20 milyonluq qalmaqaldan danışdı - ÖZƏL
“Qara Tofiq” ləqəbi ilə tanınan Müsavat Partiyası
başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli
Abbas Abbasovla əlaqələrindən, baş nazirin sabiq müavinin göstərişi
ilə Milli Şuraya qoşulmağından- danışıb. T. HüseynliPublika.Az –a bildirib ki, Abbas
Abbasovla əlaqələri var, amma bu siyasi məsələlər üzərində
qurulmayıb: “Yayilan xəbərlər yalandır. Abbas Abbasovla 7-8 ay
qabaq Moskvada görüşmüşəm. Onun tapşırığı ilə İsa Qəmbəri Milli
Şuraya gətirməyim də cəfəngiyatdır. Ümumiyyətlə Abbas Abbasovla
münasibətlərim iki insanın münasibəti kimidir, hansısa siyasi
maraqlardan söhbət gedə bilməz”.
T. Hüseynli Milli Şuranın A. Abbasov tərəfindən
yaradıldığı barədə məlumatların da yalan olduğunu bildirib.
Müşavirin sözlərinə görə, A. Abbasov onu müxalif mövqeyindən əl
çəkməyə çağırıb: “Özü dəfələrlə bildirib ki, prezidentə sadiqdir.
Məni də müxalif mövqedən əl çəkməyə çağırıb. Mən də ona siyasi
söhbətləri bir kənara qoymağı təklif etdim. Hamı bilir ki, mən
anadangəlmə müsavatçıyam və müsavatçılıqdan heç vaxt imtina
etmərəm. Barəmdə yazını yazanlar həm də İsa Qəmbərə qarşı çıxmış
olublar. İsa bəy elə insan deyil ki, kiminsə xahişi ilə qərar qəbul
etsin, siyasi birliyə qoşulsun və ya oradan çıxsın. Təsəvvür
etməzdim ki, nə vaxtsa Müsavat Partiyasına yaxın bir qəzetdə
barəmdə belə yazı yazıla. Onu da deyim ki, cəbhə hakimiyyəti
dövründə nazir olanda A.Abbasovla əlaqələrim olmayıb, ümumiyyətlə
görüşməmişəm. Onunla təmasım ilk dəfə Moskvada görüşmüşəm. İsa
Qəmbərin də Abbas Abbasovla əlaqəsinin olduğunu
düşünmürəm”.
Qeyd edək ki, mühacirətdə yaşayan müsavatçı jurnalist Elbəyi Həsənli “Yeni Müsavat” qəzetində sensasion yazı ilə çıxış edib.Yazıda iddia olunur ki, İsa Qəmbər baş nazirin sabiq müavini Abbas Abbasovun istəyi ilə T. Hüseynlinin vasitəçiliyi sayəsində Müsavat Partiyasının Milli Şuraya üzv olmasına razılıq verib.
“Əvvəla onu deyim ki, müsavatçıların “Qara Tofiq”
kimi tanıdığı bu şəxs İsa Qəmbərin ən çox etibar etdiyi
dostlarından biridir...Milli Şura söhbəti ortaya atılanda Tofiq bəy
qısa müddət birgə işlədiyi (Nazirlər Kabinetində) və yaxşı
münasibətdə olduğu Abbas Abbasovu təmsilən Bakıya gəldi. Çünki
Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyov idisə, onun
qədər, hətta bir az da artıq, Abbas Abbasov idi. İsa Qəmbərlə təmas
üçün Abbas Abbasov “Qara Tofiqi” göndərdi Bakıya. İstəsələr təsdiq,
ya da təkzib edərlər, lakin bu, faktı və gerçəyi dəyişməz: Müsavat
başqanını Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynov dəvət
edib və İsa Qəmbər həm də onun personasını zamin bilərək,
razılaşıb…”-deyə müəllif yazıb.
Asif
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı