“Azərbaycan “dəniz allahlarının” arasında qalıb” - “Washington Times”
Bizi izləyin

Nida.az

“Azərbaycan “dəniz allahlarının” arasında qalıb” - “Washington Times”

ABŞ prezidenti Barak Obamanın Prezident İlham Əliyevi Nüvə Təhlükəsizlik Sammitinə dəvət etməsi müsbət addımdır. Bu, ABŞ milli təhlükəsizliyində mühüm yer tutan Xəzər dənizi siyasətində kiçik dövlətin əhəmiyyətini ön plana çıxarır.


Publika.az xəbər verir ki, bu barədə “Washington Times” nəşri yazır.


Nəşr qeyd edir ki, Azərbaycan Cənubdan İranla, Şimaldan Rusiya ilə, Qərbdən isə Rusiyanın vassalı olan Ermənistanla həmsərhəddir: “Bunların hər biri Azərbaycan üçün təhdiddir. Bakı Vaşinqtondan dəstəyə ehtiyac duyur. ABŞ-ın bu ölkəyə dəstəyi onun nümunəvi müsəlman ölkəsi olması prosesini sürətləndirə bilər”.

“Washington Times” vurğulayır ki, Azərbaycan sanki Skilla və Xaribda (qədim yunan mifologiyasında dəniz allahları – red.) arasında qalıb: “Bunlar İran və Rusiyadır. Prezident İlham Əliyev bu təhlükəli sularda ağıllı manevrlərlə üzməyi bacarır. Azərbaycan əhalisinin əksəriyyəti yaxşı anlayır ki, İlham Əliyevə alternativ lider yoxdur. O, müsəlman çoxluğun olduğu bu ölkənin radikalizm burulğanında belə sabitliyini saxlaya bilir”.


Nəşr Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi reallığa diqqət çəkərək, Azərbaycanın Qərb üçün əhəmiyyətli olduğunu yazır.


“Azərbaycan müxtəlif güc mərkəzlərinin arasında manevr edir və müstəqil siyasətini qoruyub saxlayır. Cənab Əliyevin möhkəm əlinin altında bu siyasət davam edəcək. Lakin Qərb səhv etməməlidir. Xüsusilə Rusiyanın enerji dominantlığının aradan qaldırılması yolunda Azərbaycanın əhəmiyyəti unudulmamalı və Bakıya dəstək verilməlidir. Əgər Bakı Qərbin dəstəyinin etibarlılığına inanmasa, o zaman regionda qazanan Rusiya olacaq”, - deyə məqalədə bildirilir.


“Washington Times” IV Nüvə Təhlükəsizliyi Sammitində Prezident Obama ilə Prezident İlham Əliyevin görüşünü yeni mərhələ üçün şans adlandırır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm