Ukrayna məsələsi: Azərbaycan BMT-də necə səs verəcək?
Bizi izləyin

Nida.az

Ukrayna məsələsi: Azərbaycan BMT-də necə səs verəcək?

Ukrayna məsələsi: Azərbaycanın BMT-də necə səs verəcəyi bəyan olundu

Azərbaycanın Ukraynadakı səfirliyi bəyanat yayıb. “Media forum” saytının məlumatına görə, martın 27-də yayılan bəyanatda deyilir: “Azərbaycan Respublikasının Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. A

zərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir və beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT-yə üzv dövlətlər arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT üzv-dövlətləri arasında mövcud bütün münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır.

BMT Baş Assambleyasının 27 mart 2014-cü ildə Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Azərbaycan Respublikası Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Ukraynanın mövqeyini dəstəkləyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm