Azərbaycan və İsveç arasında vergi ilə bağlı anlaşma imzalandı
Bizi izləyin

Nida.az

Azərbaycan və İsveç arasında vergi ilə bağlı anlaşma imzalandı

Ölkəmizdə işgüzar səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla təkbətək və geniş tərkibli görüşü keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə hər iki nazir ölkələr arasındakı əməkdaşlıq əlaqələrindən və gələcək planlardan danışıblar. Rəsmilər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu işdə fəallığının artırılmasının vacibliyini vurğulayıblar.

Daha sonra hər iki nazirin iştirakı ilə Azərbaycan və İsveç Krallığı arasında “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanıb.

Görüşdən sonra Azərbaycanın və İsveç Krallığının xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, İsveç Krallığının xarici işlər naziri Marqot Vallström fevralın 9-da Azərbaycana səfərə gəlib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm