Arif Hacılını tənqid etdiyi üçün partiyadan çıxarıldı
Bizi izləyin

Nida.az

Arif Hacılını tənqid etdiyi üçün partiyadan çıxarıldı

Müsavat Partiyasının Binəqədi rayon təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Şamil Beydullayev partiyadan xaric edilib.


Publika.az-a açıqlamasında Ş. Beydullayev bildirib ki, onu sosial şəbəkələrdə Arif Hacılını tənqid etdiyi üçün Müsavatdan çıxarılıb.


Onun haqqında çıxarılma qərarını partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası verib.


Qeyd edək ki, Ş. Beydullayev Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslının təsis etdiyi “Ağ Blok”da təmsil olunur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm