Siyavuş Novruzov: “Elə kəndlər var ki, bələdiyyə seçməyə adam tapılmır”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Elə kəndlər var ki, bələdiyyə seçməyə adam tapılmır”

“Azərbaycanda bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.

Publika.az-ın məlumatına görə, bu təkliflə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

YAP-çı deputat deyib ki, bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9-dək azaldılmalıdır: “Türkiyədə bələdiyyə üzvlərinin sayı kifayət qədər azdır. Növbəti seçkilərədək bu məsələlər qanunda öz əksini tapmalıdır. Elə kəndlər var ki, bələdiyyə üzvü seçməyə adam tapa bilmirlər. Bəzən 200 nəfər əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçilir. Məsələ diqqətdə saxlanılmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm