İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
Bizi izləyin

Nida.az

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirildi.

Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm