Nida.az
İlham Əliyev: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir
"Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə
tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı
inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti
var".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini
kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə
görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan modeli, Azərbaycan nümunəsi
bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir:
"Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm
bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi,
dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda,
müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi
əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar
vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni
ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat
edir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqillik dövründə həmişə
çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm
olsun:
"Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam
Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir
keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman
aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük
rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz
siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri
arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu,
bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün
müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt
məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik
anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun
bariz nümunəsi bu yaxınlarda Heydər Məscidində bütün müsəlmanların
vəhdət namazı qılmasıdır.
Biz bu istiqamətdə səylərimizi göstərəcəyik. Bir daha demək
istəyirəm ki, Azərbaycan müsəlman aləmində çox böyük nüfuza malik
olan ölkədir. Biz bunu təkcə iqtisadi və sosial inkişafımıza görə
əldə etməmişik. O cümlədən dinlərarası münasibətlərdə oynadığımız
rol bütün müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Mənim
müsəlman ölkələrinə səfərlərim, müsəlman ölkələrinin rəhbərlərinin
Azərbaycana səfərləri dediyimi bir daha təsdiq edir".
Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün dinlərin
nümayəndələri bir ailə kimi yaşayırlar:
"Bu, bizim böyük sərvətimizdir. Qeyd etdiyim kimi, Azərbaycanda
pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir
edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində
həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq.
Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir.
Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları
keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya
miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün
ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz
üzərinə götürür.
Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə, ölkəmizin uğurlu
inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar
özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri
gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan
hörmət, inam, rəğbət daha da artsın".
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO