Nida.az
İlham Əliyev İtaliyanın Nazirlər Şurasının dövlət katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 28-də İtaliya Respublikası Nazirlər Şurasının dövlət
katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci
iclasının səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar
olduğunu bildirən dövlətimizin başçısı İtaliya Respublikası
Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq
etdiyi nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd
etdi.
İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De
Vinçenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən
ikinci iclasında iştirakından məmnun olduğunu dedi. O, İtaliya
Respublikasının Baş naziri Matteo Renzinin Prezident İlham Əliyevlə
ötənilki görüşünü məmnunluqla xatırlayaraq Baş nazirin salamlarını
və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qonaq “Cənub Qaz
Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün
strateji əhəmiyyət daşıdığını vurğuladı. Ölkəsinin bütövlükdə bu
layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük
dəstək verdiyini və İtaliya hökumətinin bu istiqamətdə lazımi
addımları atacağını deyən Klaudio De Vinçenti layihənin enerji
təchizatı və nəqlinin şaxələndirilməsi baxımından da vacib olduğunu
qeyd etdi.
Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq
əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi, bu istiqamətdə
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin
əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliya
arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi”
layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda
duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı İtaliya Respublikasının Baş naziri Matteo
Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da
salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək