Politoloq: “Sərkisyan vaxt udmaq istəyir”
Bizi izləyin

Nida.az

Politoloq: “Sərkisyan vaxt udmaq istəyir”

“Ermənistan prezidenti Serj Sərkisyanın güzəştə gedə biləcəyini açıqlaması erməni-rus hiyləsi də ola bilər. Ona görə hələ tələsməyək. Bəlkə, Sərkisyan bizi rahatlatmaq üçün vaxt udmaq istəyir”.

Publika.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, hesab edir ki, Sərkisyanın "güzəştə hazırıq" ifadəsinin geniş izahını gözləmək lazımdır: “Bütün hallarda mən illər öncə də deyirdim ki, Ermənistan hakimiyyəti qarşısında real güc görməyənə qədər ancaq danışıqlarla güzəştə getməyəcək. Beynəlxalq təşkilatların xətti ilə 1999-cu ildə İrəvanda olanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və indiki prezident Serj Sərkisyanla görüşüb onlara suallar vermək imkanı əldə etdim. Hər ikisi suallarımdan əsəbiləşərək, sərt şəkildə mənə dedilər ki, "biz vuruşub həmin torpaqları almışıq, elə-belə qaytara bilmərik". Biz də "elə-belə" istəmədik”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm