ABŞ vətəndaşlarına qadağan etdi: Qarabağa getməyin!
Bizi izləyin

Nida.az

ABŞ vətəndaşlarına qadağan etdi: Qarabağa getməyin!

“ABŞ Ermənistan və Azərbaycandakı vətəndaşlarına Dağlıq Qarabağ və yaxınlıqdakı ərazilərə baş çəkməyi məsləhət görmür”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin xəbərində deyilir.

Dövlət Departamenti xəbərində Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin artmasını əsas göstərib. Xəbərdə bildirilir ki, ABŞ-ın Ermənistan və Azərbaycandakı səfirlikləri əvvəlki kimi Amerika məmurlarına bu regiona baş çəkməyi qadağan edir.

“Biz həmçinin ABŞ vətəndaşlarına Dağlıq Qarabağa səfərlərdən çəkinməyi ciddi şəkildə məsləhət görürük. Bu regionda ABŞ-ın konsulluqları işləmir”, - xəbərdə qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm