AŞPA həmməruzəçiləri MSK-da – FOTO
Bizi izləyin

Nida.az

AŞPA həmməruzəçiləri MSK-da – FOTO

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Publika.az xəbər verir ki, Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb.

O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, habelə Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini qeyd edərək seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Stefan Şennak ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanıb.

M.Pənahov qonaqların suallarını cavablandıraraq, onlara Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi və vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün mütəmadi şəkildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və qeyd edib ki, bu layihələrin bir çoxu məhz nüfuzlu beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilir.

Görüşdə həmçinin, müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm