Erməni zabitdən etiraf: “Azərbaycan Ordusu postlarımızı əzib keçdi”
Bizi izləyin

Nida.az

Erməni zabitdən etiraf: “Azərbaycan Ordusu postlarımızı əzib keçdi”

Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, reportajda aprel döyüşlərindən sonra regionun cənub-şərqi istiqamətində - Cəbrayılda nisbi sakitlik olduğu bildirilir: “BMT öz qətnamələrində ermənilərin bu rayonu qanunsuz işğal etdiyini ifadə edib. Nə vaxtsa bura çiçəklənən şəhər idi. Amma indi evlər tamamilə tərk edilib”.

Qarabağda yerləşdirilən erməni hərbi birləşmələrinin komandir müavini agentliyin müxbirinə deyib ki, Azərbaycan Ordusu Cəbrayıldan Martuniyə (Xocavənd) qədər postlarını əzib keçib: “Bu təxminən 40 kilometrə qədər ərazi deməkdir. Mən belə döyüşü yalnız filmlərdə görmüşdüm”.

Bölmə komandirinin müavini indi yeni səngər qazdıqlarını bildirir: “Biz Azərbaycan bayrağını aydın şəkildə görürük. Azərbaycan Ordusu müasir arsenala sahibdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm