90 saylı Ağdaş seçki dairəsində təkrar seçki keçiriləcək
Bizi izləyin

Nida.az

90 saylı Ağdaş seçki dairəsində təkrar seçki keçiriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm