Nida.az
Telekanallarda rus və ermənilərə qan udduran Fuad Abbasov Moskvadan çıxarılır - FOTO
Türkiyənin “İhlas” agentliyi Moskvadakı xüsusi müxbiri,
Azərbaycan əsilli Fuad Abbasovu geri çağırıb.
Publika.az xəbər verir ki, bu barədə F. Abbasov
“facebook” səhifəsində məlumat yayıb.
“1997-ci ildən bu yana işlədiyim Türkiyənin “İhlas Haber Ajansı”nın
rəhbərliyi Moskvadakı işimə son verməyi qərara aldı. Mənə
göndərilən rəsmi məktubda “İşlərin orada istədiyimiz kimi getməməsi
səbəbi ilə” deyə yazılmasına baxmayaraq, hansı işlərdən bəhs
etdiklərini anlaya bilmədim. Son 6 ay boyunca Rusiyanın müxtəlif
qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox
çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra
Türkiyənin mövqelərini Rusiuyada müdafiə etmək əsas “işim” olub.
Buradakı türk həmkarlarımdan ən çox eşitdiyim tənbeh isə “boş ver
Rusiya-Türkiyə münasibətlərini, işindən qovularsan, heç kim sənən
sahib çıxmaz” sözləri idi. Xəbər agentliyinin içində etibar etdiyim
insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan
gələn tələb əsasında olduğunu öyrəndim. Təbiidir ki, buna
sevinənlər var. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında
müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan,
PKK-nın Moskvadakı fəaliyyətlərini tənqid edən, rus
siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu
Rusiya ictimaiyyətə çatdıran başqa heç kim yox idi. Sevinənlər
arasında mən də varam. Çünki son günlər gözünə yuxu getməyən anam
gecələr rahat yatacaq”, - deyə o bildirib.
F. Abbasov sonda şəhidlərimizə Allahdan rəhmət diləyib : “Vətən
uğrunda tökdükləri qan yerdə qalmaz, inşallah”.
Qeyd edək ki, əslən azərbaycanlı olan Fuad Abbasov Dağlıq Qarabağda
baş verən son hadisələrlə bağlı da Rusiya televiziyalarında
ermənilərə qarşı sərt çıxışlar edib.
Asif
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır