Nida.az
Rusiyalı hərbi ekspert: “Azərbaycan xüsusi təyinatlıları Ermənistanı qorxuya salıb”
“Ermənistan hesab edirdi ki, müharibə əvvəlki kimi top və tanklardan atəş açmaqla baş verəcək. Lakin Azərbaycan spesifik taktikaya əl atdı”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
hərbi eksperti Aleksey Ramm “Voenni promoşlenney kuryer” saytında
dərc olunan məqaləsində yazıb.
Ekspert Qarabağda baş verən qısa döyüşlərdə Ermənistanın ciddi
itkilər verdiyini, Azərbaycan Ordusunun öz gücünü nümayiş
etdirdiyini yazıb.
“Azərbaycan 2000-ci illərdən sonra öz hərbi strategiyasını
kəskin dəyişərək, əhəmiyyətsiz səngərlər və yüksəkliklər üçün qanlı
döyüşlərə getməmək qərarını verdi. Yeni strategiyaya görə, əsas
istiqamət düşmənin lazımlı mövqeləri bir-birindən təcrid edərək,
müdafiəni yarmaq və məğlubiyyətə uğratmaqdır. Bunun üçün Azərbaycan
hərbi sənayeni sürətlə inkişaf etdirməyə başladı, həmçinin,
xaricdən müasir silahlar aldı. Bura Rusiyadan alınan silahlarla
yanaşı, İsrail və Türkiyədən alınan pilotsuz təyyarələr, həmçinin,
kamikadze raketlərlə təchiz olunmuş “Harop” təyyarəsi daxildir.
Təbii ki, bütün bunlar hərbi sirr olaraq ciddi qorunur. Biz yalnız
dövlət televiziyasının hərbi nümayişdən çəkdiyi videolentlərdə
görünən texnikalarla kifayətlənə bilərik. Amma fakt budur ki,
Azərbaycan Ordusu kifayət qədər güclənib. Misal üçün, 20
kilometrdən çox məsafədə istənilən zirehli texnikanı anında məhv
etmək gücünə sahib olan “Spike-NLOS” raket kompleksi Ermənistanda
vahimə yaradır”.
A. Ramm Azərbaycan xüsusi təyinatlılarının gücünə də xüsusi
diqqət ayırıb.
“Azərbaycanın xüsusi təyinatlıları müasir rabitə vasitələri,
müdafiə vasitələri, eləcə də gecəgörmə avadanlıqlarına sahibdir.
Kəşfiyyatçıların əsas vəzifəsi düşmənin arxa cəbhəsinə keçmək və
artilleriyanın məhv edilməsi, həmçinin, möhkəmlənmiş istehkamlara
gecə hücumudur. Xüsusi təyinatlılara təkcə obyektiv ələ keçirmək
yox, artilleriya və döyüş helikopterləri ilə əldə saxlamaq
tapşırığı da verilib”, - deyə o bildirib.
Ekspert aprel döyüşündə Azərbaycan kəşfiyyatının döyüş
tapşırığını uğurla yerinə yetirdiyini deyib: “Kəşfiyyat qəfil
hücumla Talış kəndində bir neçə strateji yüksəklikləri ermənilərdən
təmizlədi. Hətta kənddə gecə döyüşü getdiyi deyilir. Lakin
kəşfiyyatçılar ustalıqla və qəfil hücumla ermənilərin mövqelərini
darmadağın edib və rəqib nə baş verdiyini çox gec anlayıb”.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR