Ərdoğan: “Azərbaycanın borcu yoxdur”
Bizi izləyin

Nida.az

Ərdoğan: “Azərbaycanın borcu yoxdur”

“İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkədən yalnız iyirmisinin borcu yoxdur. Bunlar Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Əlcəzair, Bəhreyn, İndoneziya, Qatar, Tunis, İraq, Qazaxıstan, Küveyt, Malaziya, Mərakeş, Oman və digərləridir. Yerdə qalan 36 ölkənin üzvlük haqqına borcu var”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İƏT-in İstanbulda keçirilən XIII sammitinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, İƏT-in Baş Katibliyinə ödənilməli olan məbləğ 163 milyon dollardır: “Bunun ödənmədiyi təqdirdə necə aktiv ola bilərik. Türkiyə 2 milyon dollar ianə verəcək. Bunun 1,8 milyon dolları Baş Katibliyə, 100 min dolları İnsan Haqları Komissiyasına, 100 min dolları İslam İnkişaf Fonduna ödəniləcək”.

Türkiyə prezidenti borcu olan üzv ölkələrini üzvlük haqqını ödəməyə çağırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm