Nida.az
Praqada regional təhlükəsizlik məsələləri müzakirə olunub
Mayın 4-də Praqada Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov toplantı çərçivəsində Çexiyanın, Macarıstanın, Gürcüstanın, Moldovanın və Belarusun xarici işlər nazirləri, habelə İsveçin dövlət naziri və Niderland Krallığının xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşlər keçirib.
Bu görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib. Çexiya və Macarıstan xarici siyasət idarələrinin rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Sazişinin layihəsini və ölkəmizi Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı platforması çərçivəsində dəstəkləməyə hazır olduqlarını qeyd ediblər.
-
Magazin120:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...
-
Magazin219:36
38 yaşlı məşhur aktrisa vəfat etdi - FOTOLAR
-
Elm və təhsil19:20
9 rəhbər şəxs vəzifəsindən azad olundu
-
Sağlamlıq19:00
Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Avropa18:00
Rusiya-Ukrayna müharibəsindəki həqiqət üzə çıxdı
-
Sosial17:45
Əli Əsədov yeni qərar imzaladı