Elm və təhsil
9 rəhbər şəxs vəzifəsindən azad olundu
Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində aşkarlanan bir sıra nöqsanlar nəticəsində 9 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
Rəhbəri vəzifəsindən azad olunan müəssisələr aşağıdakılardır:
- Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
- Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
- Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
- Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
- Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
- Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?








.jpg)



























