Nida.az
İrəvan “DQR”-i tanıyarsa... Kremlin “Qarabağ planı” yenidən gündəmdə
Bu gün Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş
ərazilərində yaradılan qondarma “DQR”-in tanınması məsələsinə
baxacaq.
Publika.az xəbər verir ki, erməni diplomatik
dairələrindəki mənbə “İzvestiya” qəzetinə açıqlamasında “dördgünlük
müharibə”dən sonra İrəvanın bu addımla böyük riskə getdiyini deyib:
“Əgər bu qanun layihəsi qəbul olunarsa, hökumət böyük risk etmiş
olacaq. Serj Sarkisyan Dmitri Medvedevlə görüşdə Qarabağın
müstəqilliyini tanımayacağına söz verdi. Lakin indi vəziyyət
dəyişib. Ermənistan müharibə mərhələsinə keçir. Digər tərəfdən, baş
verənlərdən sonra Qarabağın tanınmamasını izah etmək hökumət üçün
də çətindir”.
“İzvestiya” qeyd edir ki, Ermənistan prezident
administrasiyasına yaxın mənbələr hökumətin bu addımı atacağına
şübhə ilə yanaşırlar.
“Rusiya Minsk qrupu formatından kənara çıxmağı heç də bəyənməyəcək”, - deyə mənbə bildirib.
Qəzet qeyd edir ki, “DQR”-in mayın 5-də tanınacağı gözlənilən
deyil: “Görünən odur ki, məsələ yalnız müzakirəyə çıxarılır. Amma
fakt odur ki, məsələnin müzakirəyə çıxarılması Azərbaycanı
əsəbiləşdirmək deməkdir. Ermənistan bu addımla Azərbaycana mesaj
verir və niyyətinin ciddiliyini göstərir”.
“İzvestiya” yazır ki, artıq Rusiya Minsk qrupunun digər həmsədr
ölkələri olan ABŞ və Fransanın da razılığını alaraq, münaqişənin
həlli ilə bağlı planını təqdim edib.
“Bu plana görə, Ermənistan Qarabağ ətrafındakı yeddi rayondan
beşini qaytarır. Azərbaycan Ermənistanı iqtisadi blokadadan
çıxarır. Bundan sonra Dağlıq Qarabağa müvəqqəti status verilir.
Münaqişə nə vaxtsa yenidən gərginləşərsə, o zaman, Qarabağın və
qalan iki rayonun statusu ilə bağlı referendum keçirilməsi məsələsi
qaldırılır. Bu ssenari ərazilərin minalardan təmizlənməsini və
bölgəyə beynəlxalq sülhməramlıların daxil edilməsini də nəzərdə
tutur. Bundan başqa, planda qaçqınların qayıtması da yer alır”, -
deyə qəzet bildirir.
Asif Nərimanlı
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda