Nida.az
XİN: Ermənistanın "Eurovision"dakı təxribatçı addımı qəbuledilməzdir
"Azərbaycanın "Eurovision" Milli Təşkilat Komitəsi ilə əlaqələndirilmiş şəkildə hazırda bu məsələ araşdırılır”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ötən gün “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsində ermənistanlı iştirakçının Dağlıq Qarabağdakı separatçı rejimin bayrağını qaldırmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanın mövqeyi “Eurovision” təşkilat komitəsinə çatdırılacaq: “Ermənistanın bu tip təxribatçı addımları qəbuledilməzdir. Ermənistan “Eurovision” mahnı müsabiqəsinin yaratdığı platformadan Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqi məqsədilə istifadə etməyə çalışıb. Belə bir təxribatçı addımın atılması “Eurovision” müsabiqəsinin təməl prinsiplərinə, onun ideyalarına tamamilə zidd xarakter daşıyır”.
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO