Münaqişənin həllində yeni mərhələ – MM-də Qarabağ dinləmələri (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Münaqişənin həllində yeni mərhələ – MM-də Qarabağ dinləmələri (YENİLƏNİB)

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin yeni mərhələsinə qədəm qoymuşuq”.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, bu təcavüzün hərbi, siyasi, humanitar təhlükəsi var: “Bu münaqişəsinin kökündə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları durur. Məsələnin siyasi kökü budur. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Ermənistan açıq-aşkar Azərbayana qarşı ərazi iddiaları irəli sürür. Bu, onların dövlət siyasətidir.

Təəssüflər olsun ki, bu münaqişə “Dağlıq Qarabağ” münaqişəsi adlandırılır. Əslində, bu, Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Bütün dövrlərdə münaqişənin həlli prosesində ədalətsiz mövqe ilə rastlaşmışıq. 24 ildir, danışıqlar aparılır, amma münaqişənin sülh yolu ilə həlli istiqamətində addım atılmayıb. Ermənistan istədiyi halda danışıqları pozmaq üçün təxribata əl atıb. Onlar danışıqların sürətləndiyi dövrlərdə sərhəd və təmas xəttində təxribatlara əl atıb. Bununla onlar öz maraqlarını həyata keçirmək istəyirlər”.

***

Hazırda Milli Məclisdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin 2-5-də baş verən hadisələrlə bağlı “Təmas xəttində baş verən son hadisələr. Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilir.

Dinləmələrdə Milli Məclisin rəhbərliyi, deputatlar, xarici işlər və müdafiə nazirliklərinin məsul əməkdaşları, xeyli sayda qonaqlar, ekspertlər və KİV nümayəndələri iştirak edirlər.

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova dinləmələrdə məruzə ilə çıxış edib.

Dinləmələrdə Ermənistan silahlı qüvvələrinin dinc insanlara qarşı törətdiyi vəhşiliklər, təhsil və səhiyyə müəssisələrinin, digər humanitar obyektlərin, yaşayış məntəqələrinin atəşə tutulması və qarşı tərəfin beynəlxalq konvensiyalara zidd olaraq qadağan olunmuş kütləvi qırğın silahlardan istifadə etməsi məsələsi müzakirə olunur.

Dinləmələrin sonunda bəyanat qəbul olunması gözlənilir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm