Ərdoğanın “Zaman” əməkdaşı ilə növbəti qalmaqalı: “Oralarda heç dayanmayın”
Bizi izləyin

Nida.az

Ərdoğanın “Zaman” əməkdaşı ilə növbəti qalmaqalı: “Oralarda heç dayanmayın”

Ərdoğanın “Zaman” əməkdaşı ilə növbəti qalmaqalı: “Oralarda heç dayanmayın”

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanla “Zaman” qəzetinin əməkdaşı arasında növbəti dəfə qalmaqal yaşanıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, jurnalistin keçmiş Avropa Birliyi naziri Egemen Bağışla bağlı verdiyi sual baş nazirin sərt reaksiyasına səbəb olub.

Azərbaycan səfəri öncəsi Atatürk hava limanında təşkil edilən mətbuat konfransında “Zaman” qəzetinin əməkdaşı E.Bağışla bağlı internetdə yayılan səs qeydini xatırlayaraq, onun Ədalət və İnkişaf Partiyasından xaric olunmasının müzakirə olunub-olunmadığını soruşub.

Türkiyə baş nazirinin cavabı bu şəkildə olub:

“Biz yoldaşımızı bu cür uydurma montaj edənlərdən daha yaxşı tanıyırıq. Belə bir şeyı edənlərlə bizim bir yolla getməyimiz mümkün deyil.

Məncə yerinizi dəyişdirin, oralarda heç dayanmayın. “Bu iddiaları səsləndirməyə utanmırsınızmı” deyə bilsəniz xoşbəxt olaram”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm