Nida.az
“Sonradan məlum oldu ki, bunu qrant aldıqları üçün deyirlər”
“Amerikanın uşaqları”. Olduqca maraqlı ifadə olan bu söz daha çox Hollivud filmlərinin adına bənzəyir. “Children of the American”: yaxşı film adı çıxardı, amma hələ heç bir hollivudlu rejissorun ağlına belə bir ideya gəlməyib.
Ötən əsrdə Afrika ölkələrində “Amerikanın uşaqları” ifadəsinə
rast gəlinir və daha çox azadlıq, demokratiya tərəfdarları kimi
işlədilirdi. Bu adla amerikalı müəllimlərin bu ölkələrə gedərək
öyrətdikləri yeniyetmələr çağırılırdı. Qrup halında olan yeniyetmə
birlikləri demokratiya, azadlıq, yəni dolayısı yolla Amerika
ruhunda tərbiyə edilirdi.
Son dövrlər “Amerikanın uşaqları” ifadəsi Azərbaycanda da
gündəmə gəlib, lakin onlara azadlıq və ya demokratiya carçısı kimi
deyil, Amerikanın çörəyini yeyənlər olaraq yanaşılır. Bunun nə
qədər uğurlu ifadə olduğunu deyə bilmərik, amma “Amerikanın
uşaqları” deyəndə kimləri nəzərdə tuturlar, bu maraqlıdır.
Jurnalist Rey Kərimoğlu Publika.Az -a açıqlamasında bildirib ki,
onların təbirincə “Amerikanın uşaqları” Azərbaycanın dövlətini,
millətini söyən adamlardır: “Hamı bilir onlar kimdirlər. Onlar bu
proseslərdə məni və qaziləri də söydülər. Məndən başqa heç kəsin
adını çəkmədilər. Biz ümumi cavab vermişik, hər kəs öz payını
götürsün. Bu gün Amerikanın, Avropanın maraqlarına işləyən, o
maraqlardan çıxış edərək Azərbaycan dövlətini, dövlətçiliyini
sarsıdan əməllər edən, milli dəyərlərini söyən, təhqir edənlər
kimlərdirsə, onlar da xaricilərin uşaqlarıdır. Biz onlara belə
deyirik. Onlar Amerikanın qrantları hesabına yaşayıb, dövlətimizi
söyürlər”.
R. Kərimoğlu bildirib ki, hələ o zaman, Ramil Səfərov azadlığa
çıxanda, Xədicə İsmayıl və onun tipli adamlar başladılar uydurmalar
ortaya atmağa: “Guya Ramil Səfərov ermənini yatdığı yerdə öldürüb,
nə bilib daha nələr. Əslində sonradan məlum oldu ki, onlar bunu
qrant aldıqları üçün deyirlər. Onların arasında müxalifətdən
olanlar da var və bu şəxslər müxalifətə bəzən xarici maliyyənin
çatdırılmasında vasitəçilik edirlər”.
Asif Nərimanlı
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"