Vaterlo Universitetinin professoru: “Hər şey hazırdır, qalır Azərbaycanın...”
Bizi izləyin

Nida.az

Vaterlo Universitetinin professoru: “Hər şey hazırdır, qalır Azərbaycanın...”

Bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya" mövzusunda panel iclası təşkil olunub.

Publika.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən iclasda bildirilib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür: "Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq. Vaxtilə ulu öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün artıq diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində önəmli addımlar atılır".

Erməni təbliğatına qarşı gənclərin fəallığının daha da artırılmalı olduğunu vurğulayan R.Məmmədov deyib ki, gənclərimiz müasir innovativ texnologiyalardan istifadə ​etməklə bu mübarizədə öz sözlərini deməlidirlər: "Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib. İndi konkret addımlar atılmalı, real nəticələr əldə edilməldir".

Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz bir hissəsinə çevrilib: "Bu vasitədən səmərəli istifadə olunarsa, ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqələri işləməli, həmrəylik nümayiş etdirməlidirlər".

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, hər bir zamanın dominant anları var: "Regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu artıq əlaqəli fəaliyyət göstərir.

Bu gün Prezident İlham Əliyev çox ciddi şəkildə informasiya sahəsində görüləsi hələ çox işlərin olduğunu bildirdi. Bunu nəzərə alaraq, işimizi daha da canlandırmalıyıq. Bu gün müasir dünyada yeni innovativ texnologiyalar populyarlıq qazanır. İstifadə etdiyimiz kompüterlər artıq daha innovativ vasitələrlə əvəzlənir. Belə bir şəraitdə məlumatları operativ ötürməyi bacarmalıyıq. Bu baxımdan texniki şərait movcuddur, yalnız qalır onu reallıqda tətbiq etmək".

Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev qurultayın əhəmiyyətini vurğulayıb: "Bu gün Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu. Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər bir kəs bu istiqamətlərdə əlindən gələn köməyi əsirgəməsin".

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq, sosial şəbəkələrdə gənclərin aktiv olmasının zəruriliyini bildirib.

O qeyd edib ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib: "Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə ölkəmiz haqqında reallıqların daha geniş çatdırılmasında mühüm rol oynamalıdırlar".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm