4 iyun qiyamına görə qalmaqal: “O vaxtdan abır-həya instinkti sıradan çıxıb”
Bizi izləyin

Nida.az

4 iyun qiyamına görə qalmaqal: “O vaxtdan abır-həya instinkti sıradan çıxıb”

Hər il olduğu kimi bu il də 4 iyun qiyamının ildönümü ərəfəsində siyasilər üz-üzə gəlib.

Publika.az xəbər verir ki, AXC hakimiyyətində baş prokuror olmuş İxtiyar Şirin hadisələrə görə AMİP lideri Etibar Məmmədovu ittiham edib.

AMİP-in cavabı da özünü çox gözlətməyib. Partiya Siyasi Şurasının üzvü Əli Orucov qarşı tərəfə sərt cavab verib.

"AXC iqtidarı dönəmində Şirin İxtiyar adında Baş Prokuror olub. O qədər şirin olub ki, Sürət Hüseynov onu Gəncədə tutub dama basıb ağzını da bağladıb. Həmin vaxt 1-2 sillədən sonra qorxudanmı, ya nədənmi özünü külli-ixtiyar sahibi hesab edərək, öz prezidenti Əbülfəz Elçibəyin həbs olunması haqqında order verib. İndi tutuquşu kimi utanmadan-qızarmadan qiyamdan danışır, mağmun hökumətlərinin yıxılmasında AMİP-i günahlandırır. Görünür Şirin İxtiyar adlı bu şəxsdə elə o vaxtdan abır-həya instinkti də sıradan çıxarılıb", - deyə o bildirib.

Onun sözlərinə görə, AXC-nin hakimiyyətdən getməsində AMİP-in heç bir rolu olmayıb: "Bu insanlar hələ də anlamaq istəmirlər ki, hökumətə müxalif olan AMİP-in borcu və öhdəliyi deyildi ki, hərtərəfli etimadını itirmiş hakimiyyəti qoruyub saxlasın. 4 iyun hadisələri ərəfəsində həmişə olduğu kimi yenə də öyrədilmiş adamlar ortaya çıxardılaraq ətrafa şər və böhtan yağdırmaqdadır. Kimlərsə sanki içindəki kini-küdurəti tökmək üçün girəvə, fürsət axtarır. Bu mövzunun bizə nə aidiyyəti var, nə də aktuallığı. Bu bizə heç lazım da deyil. Hakimiyyəti tank üzərində, silah-sursatla ələ keçirən AXC, eyni üsulla da bir il çəkmədən yıxıldı".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm