
Azərbaycan xarici işlər nazirliyi Culfa rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İran tərəfinə verilməsi barədə İran mətbuatında yayılmış xəbərlərə şərh verib.
Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri
Elman Abdullayev bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını
bildirib . Lakin Elman Abdullaev Azərbaycanın heç kimə bir qarış
torpaq verməyəcəyini bildirib.
Qeyd edək ki, dunən bir sıra İran KİV-i Azərbaycanın Culfa
rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İrana verməsi barədə
məlumat yaymışdı. /1news.az/