• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi

Tbilisidə ATƏT-in Parlament Assambleyasının prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib.

Publika.az "Report"-a istinadən xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.

Azərbaycanlı nümayəndənin namizədliyini 119 deputat dəstəkləyib. ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan Kristin Muttonen seçilib.

Qeyd edək ki, ATƏT PA-nın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrin, vitse-prezidentləri postuna isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan 4 deputatın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR